İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku uğrunda mübarizə başa çatıb. Fanat.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri də gücünü sınayırdı.
Qaydalara əsasən, qruplarda 2-ci nəticə göstərən komandalar Dünya Kubokunun bürünc medalı uğrunda qarşılaşıb. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.
FİNAL - Rusiya - İran
3-cü yer uğrunda - Azərbaycan - Macarıstan 5:2
5-ci yer uğrunda - Türkiyə - Koreya 4:4 (18-14)
7-ci yer uğrunda - Qazaxstan - Finlandiya 4:4 (17-15)
9-cu yer uğrunda - ABŞ - Ermənistan 4:4 (21-15)
59 kq – Taleh Məmmədov - Csongor Knipli 11:0
66 kq – Həsən Əliyev - Krisztian Jager 3:0
71 kq – Rəsul Çunayev - Balint Korpasi 4:2
75 kq – Elvin Mürsəliyev - Laszlo Szabo 3:0
80 kq – Emin Əhmədov - Gabor Madaraş 2:0 (tuşe)
85 kq – Şəhriyar Məmmədov - Viktor Lorincz 0:1
98 kq – Araz Həsənov - Balazs Kiss 0:4
130 kq – Sabah Şəriəti - Balint Lam
Fanat.az