"İnter"in Avropa Liqasındakı rəqibi Finlandiyanın "Mariehamn" klubunun baş məşqçisi Pekka Luski ölkə çempionatının son turunda “MyPa” klubuna məğlubiyyəti şərh edib.
Qol.Az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis bu məğlubiyyətin (1:3) onlara mənfi təsir göstərdiklərini bildirib:
"Bundan öncəki oyunda da məğlub olmuşduq. Ardıcıl məğlub olmağımız bizim üçün ağır oldu. Bakıya heç də yaxşı əhval-ruhiyyə ilə yollanmırıq. Lakin "İnter"lə oyuna qədər hazır olmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "İnter" - "Mariehamn" matçı iyulun 4-də, saat 21:00-da başlayacaq.
İdman24.az