Topaz Premyer Liqasının XXXVI turunda keçirilmiş "Qəbələ" - "Sumqayıt" oyununun fasiləsində U-17 Liqanın 2012/2013-cü il mövsümünün bombardiri, "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev AFFA və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində mükafatlandırılıb. Fanat.az xəbər verir ki, 44 qol vurmaqla ötən mövsüm U-17 Liqasının ən məhsuldar oyunçusu olan Ehtiram Şahverdiyevə mükafat Azərbaycan milli komandasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayev tərəfindən təqdim olunub.
Fanat.az