“İnter” paraqvaylı hücumçu Sezar Meza Kollinin də müqaviləsini yeniləyəcək. Fanat.az xəbər verir ki, uzun müddətdi zədəli olan və Almaniyada cərrah masasına uzanan forvard daha bir il “bankirlər”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, bundan öncə “İnter” Baçana Tsxadadze, Georgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Səlahət Ağayev, Derlis Meza Kolli, Slavço Georgiyevski və Elşən Poladova yeni saziş imzalatdırmışdı.Vaqif Cavadovla Ruslan Əmircanovu sıralarında saxlaya bilməyən “bankirlər” Aleksandr İaşviliylə yolları ayırıb. Bank təmsilçisinin “Sumqayıt”dan Mirzəağa Hüseynpuru rənglərinə bağladığını da xatırladaq.
Fanat.az