Topaz Premyer Liqasında 36-cı turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı “11-liy”i belədi:
Qapıçı - Pavel Doroşev (Neftçi).
Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Tyeqo de Xesus (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ), Tural Cəlilov (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər – Fuad Bayramov (İnter), Benjamin Lambot (Simurq), Elnur Abdullayev (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ).
Hücumçular – Dieqo Madriqal (İnter), Ayaz Qasımov (AZAL).
Topaz Premyer Liqasının 36-cı turunun ən yaxşı oyunçusu isə“İnter”in futbolçusu Dieqo Madriqaldı.
Fanat.az