Topaz Premyer Liqasının 2013/14 mövsümündə forma geyinən futbolçuların sayı müəyyənləşib. Fanat.az xəbər verir ki, mövsümün 180 oyununda 301 futbolçu meydana çıxıb.
Ən çox oyunçuya "Rəvan" ehtiyac duyub. Bakı klubu 36 nəfərin xidmətindən yararlansa da, Premyer Liqadakı yerini qoruya bilməyib. Turnir cədvəlində yalnız "Rəvan" qəbul edən "Sumqayıt" 34 oyunçuya güvənib.
"Qarabağ" çempionluğu 27 nəfərin xidmətindən yararlanaraq əldə edib. Ağdam klubu oyunçu sayına görə 25 futbolçuya güvənmiş "Neftçi" və "Simurq"u qabaqlaya bilib.
1. Rəvan - 36
2. Sumqayıt - 34
3. İnter - 33
4. Qəbələ - 31
5. AZAL - 31
6. Bakı - 30
7. Xəzər Lənkəran - 29
8. Qarabağ - 27
9. Neftçi - 25
10. Simurq - 25
Fanat.az