Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayev "Qəbələ"nin qapıçısına göz dikib.
Çalışdırıcı Emil Balayevin "Neftçi"yə qayıdışından sonra boşluğu Anar Nəzirov vasitəsi ilə doldurmaq istəyir. Abdullayev bununla bağlı qolkiperlə danışıb. "Qəbələ" də razılıq versə, transfer baş tutacaq.
Qeyd edək ki, qış fasiləsində "Sumqayıt"dan "Qəbələ"yə keçən qapıçı 1 oyunda meydana çıxıb. Milli komandada 2 oyun keçirmiş Nəzirov əvvəllər "Kəpəz", "Neftçi", "Turan", "Standard" və "Sumqayıt"da çıxış edib.
Fanat.az