"Bavariya" klubunun baş məşqçisi Pep Qvadiola öz ölkəsinin adətlərindən əl çəkmir.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, İspaniyanın adətlərindən olan günorta vaxtı yatmaq (siesta) vərdişini baş məşqçi Almaniyada davam etdirir.
Belə ki, alman təmsilçisinin yeni çalışdırıcısı komandasının "Reqene" ilə yoldaşlıq matçı oynamağa getdiyi zaman avtobusda yatıb. Klubun idman direktou Mattias Sammer də məlumatı təsdiqləyib.
Yuxunun Qvadiolaya təsiri də az da olsa olub. İkinci hazırlıq matçında Qvardiolanın komandası 0:1 hesabı ilə geridə olsa da, oyun "Bavariya"nın böyükhesablı qələbəsi ilə başa çatıb - 9:1.
İdman24.az