"İnter" "Sumqayıt"ın daha bir futbolçusunu heyətinə qatır. Fanat.az xəbər verir ki, bank klubu Məhəmməd Mirzəbəyovu transfer edir.
Artıq tərəflər arasında razılıq əldə olunub. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq. "İnter" bundan əvvəl "Sumqayıt"dan Mirzağa Hüseynpuru və "Bakı"dan Elvin Məmmədovu heyətinə qatıb.
Qeyd edək ki, Mirzağa Mirzəbəyov 2012-ci ildə Rusiyanın "Anji" klubundan "Sumqayıt"a keçib. O, indiyədək 63 oyun keçirib və 1 qol vurub.
Fanat.az