5 futbolçu "Araz Naxçıvan"ı tərk edib. Fanat.az xəbər verir ki, onlardan dördü müqavilə ilə məxsus olduqları kluba dönüb.
Belə ki, Emil Balayev "Neftçi"yə qayıdıb. Əsgər Abdullayev qapıçının xidmətində maraqlı olsa da, hələlik yekun qərar verilməyib. Fərman Qənbərov, Elgün Abbaslı və Elmin Əhmədovun da icarə müqaviləsi başa çatıb. Əsgər Abdullayev AZAL-a dönən futbolçuların xidmətində maraqlı deyil. Müdafiəçi Şamo Talıbovla isə yeni müqavilə imzalanmayıb.
Fanat.az