Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu mərhələdə cəmi dörd klub iştirak edir.
Ermənistanın “Shirak” klubu evdə San Marino “Tre Penne”si ilə üz-üzə gələcək. Andorranın “Lusitans” klubu isə Farer adalarının “Streymur” komandasını qəbul edəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları iyulun 9-da keçiriləcək.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
2 iyul
18:00. Shirak (Ermənistan) - Tre Penne (San Marino)
22:30. Lusitans (Andorra) – Streymur (Farer adaları)
İdman24.az