Topaz Premyer Liqasının ötən mövsümündə ən çox qayda pozuntusuna yol verən komanda AZAL-dı. Fanat.az xəbər verir ki, “təyyarəçilər” orta hesabla hər oyunda 20 dəfə qayda pozuntusuna yol verib. Bunların yarısı meydançanın özünə aid hissəsində baş verib. Mövsümdə 102 sarı vərəqə alan AZAL futbolçuları bu göstəricidə ilk pillədə qərarlaşıb.
Oyunboyu ən az qayda pozuntusuna yol verən komandalar isə “Neftçi”, “Sumqayıt” və “İnter”di - hərəyə orta hesabla 15 dəfə.
“Neftçi” futbolçuları mövsüm ərzində 13 dəfə qırmızı vərəqə alıb. Bu, digər komandalarla müqayisədə ən yüksək göstəricidi. Ölkə çempionu “Qarabağ”ın futbolçuları isə ən aşağı sarı və qırmızı vərəqə göstəricisinə malikdirlər. 61 dəfə sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisinin nümayəndələri mövsüm ərzində bir dənə də olsun qırmızı vərəqə almayıb.
Fanat.az