22:05 31.05.2014 606

"Simurq": 2013/14 mövsümünə baxış

2012/13 mövsümünü dördüncü pillədə tamamlayan “Simurq” bu ilə də iddiasını ortaya qoyaraq başlamışdı. Avroliqaya düşməyi qarşısına hədəf qoyan Zaqatala təmsilçisi qısa istirahətdən sonra, gərgin iş rejiminə start verdi.

 

Çalışmalara heyətdə böyük dəyişikliklərlə başlanıldı. Demək olar ki, komanda yenidən kompleksləşdirildi. Bir çox futbolçu ilə yollar ayrıldı və yeni simalar dəvət olundu. 2012/13 mövsümündə “Simurq”da forma geyinmiş 26 futbolçudan cəmi 10 nəfəri komandada qaldı. 

 

Təlim-məşq toplanışı və keçirilən yoldaşlıq görüşləri


Təlim-məşq toplanışının planına uyğun olaraq məşqlərə iyunun 17-dən start verildi. Bakıda bir araya gələn “Simurq”, daha sonra Türkiyədə və Avstriyada hazırlıq keçdi.

 

Hazırlıq mərhələsi Mərdəkanda yerləşən “Karvan Palace” otelində məskunlaşaraq başlanıldı. İyunun 21-nə qədər burada fiziki gücün artırılmasında ibarət çalışmaları yerinə yetirən komanda, iki günlük istirahətdən sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşdü.

 

İyulun 8-nə qədər Kartepedə məskunlaşan Zaqatala təmsilçisi üç yoldaşlıq görüşündə gücünü sınaqdan keçirdi. Əvvəlcə “Spartak-Nalçik”lə qaşılaşan və 1:0 hesabı ilə məğlub olan komanda iyulun 3-də və 7-də Gürcüstanın “Dila” klubu ilə üz-üzə gəldi. İlk görüş 3:3, ikinci matç isə 1:1 hesablı heç-heçə ilə başa çatdı. Bu mərhələdə 7 futbolçu baxışdan keçirildi və onlardan yalnız qapıçı Pavel Kapsa ilə müqavilə imzalandı.

 

Təlim-məşq toplanışının Avstriya mərhələsinə “Simurq” iyulun 13-də start verdi. “Kayzer” otelində məskunlaşan komanda dörd yoldaşlıq görüşü keçirdi. İlk rəqib Yunanıstanın “Olimpiakos” klubu oldu və Gerogi Çixradzenin yetirmələri güclü rəqiblə görüşdə 2:1 hesabı ilə məğlub oldu. İkinci görüş "İstanbul BB" ilə oldu və oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. İyulun 24-də Zaqatala təmsilçisi İstanbul nəhəngi ilə yoxlama oyunu keçirdi. Komanda Avstriyadakı üçüncü rəqibi “Beşiktaş” klubu oldu və ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşdə, Zaqatala təmsilçisi 1:2 hesabı ilə məğlub oldu. Sonuncu yoldaşlıq oyununda isə “Simurq” iyulun 27-də Macarıstan təmsilçisi "Zalaeqerseq"lə üz-üzə gəldi və rəqibini minimal hesabla rəqibi məğlub etməklə, Avstriya hazırlığını tamamlayaraq, ölkəyə qayıtdı. Baxışdan keçirilmiş yeddi futbolçudan isə Patrik Osiako, Raul Kostin və Draqan Çeranla müqavilə imzalandı.

 

Mövsümün startı və nəticə

 

Zaqata şəhər stadionunun süni ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar “Simurq” XV tura qədər Bakıda məskunlaşmağa məcbur oldu və ev oyunlarını gah Qəbələ şəhər stadionunda, gah da “Şəfa" stadionunda keçirdi.


2013/14 mövsümünün startı avqustun 3-də verildi və “Simurq” Qəbələdə “Rəvan”ı 2:0 hesabı ilə məğlub etdi. Komandanın ilk qolunun müəllifi isə Stepan Polyak oldu. Bunun ardınca Lənkəranda qolsuz heç-heçə edən “sarı-qaralar” mövsümdəki ilk məğlubiyyəti III turda “Neftçi” ilə görüşdə qeydə alındı.


Dörd dövrədən ibarət olan Topaz Premyer Liqasının cari mövsümünün ilk mərhələsində komanda 13 xal hesabına yazdıra bildi. İkinci dövrədə 3 turda məğlub olan, 3 turda heç-heçə edən və 3 turda qalib gələn “Simurq” fasiləyə hesabında 25 xalla yollandı.    


Qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan komanda yanvarın 8-dən 26-na qədər Side bölgəsində yerləşən “Sueno” otelində məskunlaşdı. Bundan sonra hazırlıqları Zaqatalada davam etdirən “sarı-qaralar”, III dövrəyə “Neftçi” ilə oyunla start verdi və 0:3 hesabı ilə məğlub oldu. Növbəti iki görüşdə də qələbəyə həsrət qalan komanda III dövrənin qalan 6 oyununda məğlub olmadan hesabına 14 xal əlavə etdi və Avroliqaya çıxmaq şanslarını sürdürdü.


Artıq növbəti matç Zaqatala təmsilçisi üçün son ümid, son şans idi. Ancaq növbəti “Bakı” və ardınca “İnter” məğlubiyyəti komandanın işini çətinləşdirdi. Üstəlik səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə “Simurq”a ağır zərbə vurdu. Sonuncu dövrədə komanda ilk qələbəsin artıq çempionluğun bir addımında olan “Qarabağ”la görüşdə qazandı. Bu üç xal və rəqiblərin büdrəməsi “sarı-qaraları” qarşıya qoyulmuş məqsədə çatmaq üçün yenidən ümidləndirdi. Ancaq “Qəbələ”ylə görüşdəki məğlubiyyət hər şeyin üstündən xətt çəkdi. Növbəti dörd oyunda da hesabına 3 xal yazdıran “Simurq” Topaz Premyer Liqasının 2013/14 mövsümünü 7-ci pillədə tamamladı.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X