“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın azerisport.az saytına müsahibəsi
- Maltaya necə əhval-ruhiyyə ilə gəlmisiz?
- Biz Almaniyada səmərəli təlim-məşq toplanışı keçirdik. Komanda indi daha yaxşı vəziyyətdədi. Heyətə yeni futbolçular da cəlb olunub. Hansı ki, onları baş məşqçi özü komandada görmək istəyirdi. Biz güclənmişik. Məncə, indiki komanda ötən mövsümkü ilə müqayisədə daha güclüdü.
- Con Toşakın “Xəzər Lənkəran”a gəlişindən sonra yəqin ki, sizin də işləriniz yüngülləşib. Çünki o, uzun illər İspaniya futbolunda çalışdığı üçün ispan dilini də gözəl bilir...
- Təkcə mənim yox, bütün komanda üçün. O, hər gün komanda ilə birlikdədi. Komandamızın belə bir baş məşqçiyə çox ehtiyacı var idi.
- Malta klubu ilə oyundan nə gözləyirsiz?
- Avrokubok oyunları asan olmur. Özü də biz hələ bu rəqibi tanımırıq. Maltada çıxış edən ispaniyalı futbolçularla əlaqə saxlamışam. Asan olmayacağını deyiblər.
- “Xəzər Lənkəran”ın “Sliema”nı düzgün qiymətləndirməməsi mümkündü?
- Biz istənilən halda qələbə qazanmalıyıq. Oyunçular başa düşürlər ki, yaxşı nəticə qazanmaq çox çətin olacaq. Amma bizim başqa çıxış yolumuz yoxdu.
- “Xəzər Lənkəran”ı səfərdə hansı nəticə qane edir?
- Biz ancaq qələbəyə oynayacağıq. Başqa heç nə düşünmürük.
- Bəs Toşak bu barədə nə düşünür?
- O, istəyir ki, futbolçular tam olaraq bu oyuna köklənsinlər. Baş məşqçi bizə dedi ki, mənəvi cəhətdən hər şeyə hazır olsaq, nəticə qazanmağımızda problem olmayacaq.
- Malta sizə İbizanı xatırlatmır?
- Hə, oxşayırlar. Çoxlu ölkələrdən müxtəlif insanlar. Turistlər üçün yaxşı məkandı.
İdman24.az