"Real Madrid"də 3 il boyunca Joze Mourinyonun köməkçisi olan Aitor Karanka portuqal məşqçi ilə çalışmağın şərəf olduğunu bildirib.
İdman24.az xəbər verir ki, Karanka onunla işləməkdən qürur duyduğunu söyləyib: "Məşqçilik sahəsində ilk işim oldu. Yaxşı bir təcrübə topladım. Mourinyo ilə də əsl dost olduq".
Qeyd edək ki, Karankanın 2016-cı ilə qədər "Real"la müqaviləsi var.
İdman24.az