12:03 04.06.2014 593

Məşhur futbolçumuzun yaddaşı itdi

“Neftçi”yə SSRİ tarixində yeganə bürünc medalı qazandırmış Əhməd Ələsgərovun səhhətində ciddi problem yaranıb. 

Fanat.az sportnet.az-a istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhərində olan 79 yaşlı mütəxəssisin yaddaşı tamamilə sıradan çıxıb.

Hətta onun yataq xəstəsi olduğu və ömrünün sonuna sayılı günlərin qaldığı bildirilir. Bütün bunlarla əlaqədar Ələsgərovla əlaqə saxlamaq mümkün olmayıb. Belə ki, onun evinə və mobil telefonuna etdiyi çoxsaylı zənglərə cavab verən olmayıb.

Əvəzində qocaman mütəxəssisin ailəvi dostu Fərəməz Əsədov Ələsgərovun səhhəti barədə danışıb. Əsədov dostunun telefon zənglərinə cavab vermədiyini və yaddaşını tamamilə itirdiyini təsdiqləyib: 

“Ona dünən zəng etmişdim. Amma həyat yoldaşı ilə danışdım. Vəziyyəti dəyişməz qalıb. Yaddaşı tamamilə itib. Heç kimi tanımır. Ancaq yemək-içməyində heç bir problem yoxdur. Səhhətində digər nasazlıqlar da müahidə olunmur”.

Qeyd edək ki, Ə.Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının “Neftyanik” (sonradan “Neftçi”) klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının “Neftçi” (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın “Pamir” (Düşənbə, 1972), Ukraynanın “Çernomorets” (Odessa, 1973-1977), Naxçıvanın “Araz" (1979), Moldovanın “Nistru” (Kişinyov, 1988-1989), “Şerif” (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

O, Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisidir, Azərbaycan milli futbol komandasının ilk baş məşqçisi olub.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

11:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X