2014/15 mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb. Fanat.az xəbər verir ki, yay transfer dövrü iyunun 10-dan sentyabın 1-dək davam edəcək.
Qış transfer dövrü isə yanvarın 5-də başlayacaq və fevralın 2-də bitəcək. Topaz Premyer Liqası və I divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
Fanat.az