Argentina və dünya futbolunun əfsanəsi Dieqo Maradona Konfederasiyalar Kubokunda ev sahibi olmağın Braziliyanın bir çox işinə yaradığını bildirib.
İdman24.az xəbər verir ki, əfsanəvi futbolçu braziliyalıları hirsləndirəcək açıqlamalar verib: "İspaniya turnirin Braziliyada olduğu üçün şanssız idi. Tərəfsiz bir meydanda oynasaydılar, Braziliya onları belə məğlub edə bilməzdi".
O həmçinin Messinin Neymar və Kriştiano Ronaldodan daha yaxşı oynadığını qeyd edib.
Xatırladaq ki, Konfederasiyalar Kubokunun finalında sambaçılar ispanları 3:0 məğlub edərək çempion olublar.
İdman24.az