Ötən mövsüm "Simurq"un heyətində forma geyinmiş Anderson Oliveyra müqaviləsinin müddəti bitdiyinə görə komanda ilə yollarını ayırmışdı. Ancaq məşqçilər korpusunun qərarı əsasında braziliyalı müdafiəçi yenidən geri çağrılıb. Artıq Kartepedə təlim-məşq toplanışında olan "sarı-qaralar"ın düşərgəsinə qoşulan Anderson, bügünkü səhər məşqində də iştirak edib. Yaxın günlərdə təcrübəli futbolçu ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Anderson Oliveyra ötən mövsüm "Simurq"un heyətində 27 oyunda forma geyinmişdi və 1952 dəqiqə meydanda olmuşdu.
İdman24.az