Emil Balayevin "Neftçi"yə dönüşündən sonra qapıçısız qalan "Araz Naxçıvan" istədiyini tapıb. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Cahangir Həsənzadəni heyətinə qatır.
34 yaşlı qolkiper AZAL-la yollarını ayırıb. Əsgər Abdullayev komandasında görmək istədiyi millinin sabiq qapıçısına təklif göndərib. Keçid yaxın günlərdə reallaşacaq.
Qeyd edək ki, Həsənzadə 2009-cu ildən AZAL-da çıxış edir (100 oyun). 1998-2007-ci illərdə A millidə 34 oyun keçirmiş qapıçı əvvəllər MOİK, "Fərid" (Bakı), "Şəfa", "Bakılı", "Neftçi", "Qarabağ", "İnter", "Qəbələ", "Voln" (Ukrayna) və "Tavriya" (Ukrayna) klublarının formasını geyinir.
Fanat.az