İdman Araşdırmalar Mərkəzi (İAM) Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar yeni layihəyə start verib. Fanat.az xəbər verir ki, "FUTPROQNOZ" adlı yeni layihə mundial boyunca davam edəcək.
Sportnet.az saytının informasiya dəstəyi və "Kolizey İnşaat"ın sponsorluğu ilə baş tutacaq yarışmaya dünya çempionatının iştirakçı sayı qədər - 32 şəxs qatılacaq. Onlar futbol veteranları, hakimlər, media mənsubları, futbolçular və klub funksionerləridi. Hər kateqoriyaya mənsub iştirakçılar qitələr üzrə DÇ-2014-də FİFA-nın ayırdığı kvotaya uyğun bölünüb:
Jurnalistlər (13 yer) - Avropa
Futbol funksionerləri (6 yer) - Cənubi Amerika
Futbolçular (4 yer) - Şimali Amerika
Futbol veteranları (5 yer) - Afrika
Hakimlər (4 yer) - Asiya
Dünya çempionatının qruplarına uyğun olaraq, bu gün saat 18.30-da püşkatma mərasimi keçiriləcək. Püşk nəticəsində qrup mərhələsində hər bir şəxsə bir yığma komanda təhkim olunacaq.
Yarışma iştirakçısı öz milli komandasının qrup mərhələsində keçirəcəyi oyunlara konkret proqnoz verəcək, daha dəqiqi, hesabı deyəcək.
Qrup mərhələsi oyunlarının nəticələrinə uyğun olaraq, hər qrupdan ilk 2 pilləni tutmuş iştirakçılar növbəti mərhələyə vəsiqə əldə edəcək.
"FUTPROQNOZ"a dünya çempionatının final qarşılaşması başa çatdıqdan sonra yekun vurulacaq və ilk 3 pillənin sahibi mükafatlandırılacaq.
"FUTPROQNOZ" iştirakçılarını İAM-ın ekspert qrupu müəyyənləşdirib:
Jurnalistlər (Avropa): Mahir Rüstəmli ("Futbol+”), Elman Himayətoğlu (İTV) Rəşad Ergün ("Komanda”), Elçin Cəlilov ("Futbolpress.az”), İlkin Fikrətoğlu (ATV), Tural Xudiyev ("Space”), Kənan Hakimov (ANS) Əli Sahib ("Fanat.az”), Ceyhun Əliyev ("Sportnet.az”), Ramiq Ağaməmmədov ("Qol.az”), Vüsal Mahmudov ("Futbolinfo.az”), Tahir Hümbətov ("Apasport.az”), Sənan Abdullayev ("Xəzər”TV).
Hakimlər (Asiya): Anar Salmanov, Əliyar Ağayev, Vüsal Əliyev, Fariz Yusifov.
Futbol veteranları (Afrika): Oqtay Abdullayev, Asim Xudiyev, Şahin Diniyev, Yunis Hüseynov, Vəli Qasımov.
Futbol funksionerləri (Cənubi Amerika): Georgi Nikolov ("İnter”), Yaşar Seyidov ("Bakı”), Ceyhun Sultanov ("Sumqayıt”), Vaqif Qasımov (AZAL), Rüstəm Rəhimov (AFFA), Zamiq Hüseynov (PFL).
Futbolçular (Şimali Amerika): Ağabala Ramazanov, Cahangir Həsənzadə, Ruslan Əmircanov, Rail Məlikov.
Qeyd edək ki, bu gün baş tutacaq püşkatmadan sonra iştirakçılar təhkim olunmuş komandalarını tanıyacaqlar.
Fanat.az