"Araz Naxçıvan" növbəti transferini həll edib. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Cahangir Həsənzadəni heyətinə qatır.
Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın vaxtlarda bir illik rəsmi müqavilə imzalanacaq və "Araz Naxçıvan" transferi rəsmən açıqlayacaq.
Qeyd edək ki, Cahangir 2009-cu ildəq AZAL-da çıxış edir (100 oyun). Əvvəllər MOİK, "Fərid" (Bakı), "Bakılı", "Şəfa", "Neftçi", "Qarabağ", "İnter", "Qəbələ", "Voln" (Ukrayna) və "Tavriya"nın (Ukrayna) şərəfini qorumuş 34 yaşlı qolkiper milli komandada 34 oyun keçirib.
Fanat.az