“Yuventus”un məşqçisi Massimo Karrera 2,5 ilik müddətinə həbs edilib.
Apasport.az saytının məlumatına görə, buna səbəb 2011-ci il yanvarın 1-də Karreranın idarə etdiyi avtomobil digər avtomobillə toqquşması nəticəsində 2 tələbə qızın ölməsidir.
Tələbələrdən biri 23 yaşlı qız yerindəcə, digəri isə xəstəxanada ölüb. Bu barədə Berqamo şəhər məhkəməsi qərar çıxarıb.
Prokuror məşqçi üçün 3 il 4 aylıq həbs tələb edib. Karreranın vəkilləri isə təkid ediblər ki, qəzada bələdiyyə günahkardır. Çünki yol pis işıqlandırılmışdı.
İdman24.az