"Qəbələ"nin yeni transferi Adrain Ropotan açıqlama verib. Fanat.az xəbər verir ki, Nijni Novqorod "Volqa"sından ölkəmizə gələn rumın futbolçu Avropa Liqasında uğur qazanmaq istədiyini deyib:
"Mən Rusiya Premyer Liqasında oynamışam. Legioner həyatı yaşamaq mənim üçün yad deyil. Azərbaycan mənim üçün yeni bir dövrün başlanğıcı olacaq. İstəyirəm ki, “Qəbələ” ilə uğura imza atıb, bundan zövq alım. Avroliqa kimi bir turnirdə oynayacağım isə çox yaxşı oldu. Avropa meydanlarında komandamızla yaxşı nəticələrə imza atacağıq. Dornel Muntyanuya da hər şey üçün təşəkkür edirik".
Fanat.az