"Qəbələ"nin Avropa Liqasındakı rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşacaq. "Qəbələ" ilk matçına səfərdə çıxacaq.
Klub 1948-ci ildə Bosniya və Hersoqovinanın eyniadlı şəhərində qurulub. "Şiroki Briyeq" 2 dəfə ölkə çempionu (2003/04, 2005/06), 2 dəfə də kubokun sahibi olub (2007, 2013). "Qəbələ"nin rəqibi ev oyunlarını 8 min azarkeş tutumu olan "Pekara" stadionunda keçirir.
"Şiroki Briyeq" indiyədək 11 dəfə avrokuboklarda iştirak edib. 2 dəfə Çempionlar Liqasına qatılan komanda 9 dəfə Avropa Liqasında (UEFA Kuboku) mübarizə aparıb. "Qəbələ"nin rəiqibi bu il 12-ci dəfə Avropa səhnəsinə çıxacaq. "Şiroki Briyeq" 8 dəfə avrokuboklarda mərhələ keçib. Ötən mövsüm Avroliqanın I təsnifat mərhələsində Qazaxıstanın "İrtış" klubunu keçən komanda ardınca "Udineze"yə "ilişib".
"Qəbələ"nin rəqibiinə Slaven Musa başçılıq edir. 2012-ci ildən bu postu tutan 43 yaşlı mütəxəssis əvvəllər Bosniya və Hersoqovinanın "Branitely", "Jrinski", "Qabela" klublarına rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2013/14 mövsümünü ikinci pillədə başa vurub.
"Şiroki Briyeq"in heyətində Xorvatiyadan 4, Braziliyadan 2 legioner çıxış edir. Onlardan Vedran Jese 2006-cı ildə Xorvatiya yığmasında 2 oyun keçirib, 2014-cü ildə isə Bosniya və Hersoqovina millisinə dəvət alıb. Lakin bu komandada debüt edə bilməyib.
Hazırda Braziliyada keçirilən dünya çempionatında çıxış edən Bosniya və Hersoqovina yığmasında bu komandadan futbolçu yoxdu. Ümumiyyətlə baş məşqçi Safet Suşiç dünya çempionatına yerli çempionatda çıxış edən yalnız bir futbolçunu - üçüncü qapıçı Asmir Avdukiçi (Borats) aparıb.
Fanat.az