"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şiroki Briyeq"in baş məşqçisi Slaven Musa püşkü dəyərləndirib. Fanat.az xəbər verir ki, bosniyalı mütəxəssis "Qəbələ"dən çəkindiklərini bildirib:
"Biz Azərbaycana səfər etmək istəmirdik. Başqa rəqib düşsəydi, daha yaxşı olardı. “Qəbələ” bizim üçün naməlum rəqibdi. Amma sevindirici hal odu ki, cavab matçını evdə keçirəcəyik. İnanıram ki, yekunda püşkdə bəxtimizə Azərbaycan klubu düşdüyü üçün sevinəcəyik".
Fanat.az