16:29 24.06.2014 631

İlk “imtahandan kəsilməmək” dördünün də borcudu!- dəyərləndirmə

Nəhayət, ölkəmizi avrokuboklarda təmsil edəcək 4 klub üz-üzə gələcəyi rəqibləri tanıdı. Çempionlar Liqasında mbürizə aparacaq “Qarabağ” Malta “Valetta”sıyla oynayacaqsa, Avroliqanın ilkin təsnifat mərhələsindən başlayacaq komandalarımızdan “İnter” “Tiraspol”la, debütant “Qəbələ” “Şiroki Briyeq”lə münasibətlərinə aydınlıq gətirməlidi. Ölkə kubokunu başı üzərinə qaldıran “Neftçi” isə ikinci mərhələdə “Koper” - “Çelik” cütünün qalibini gözləyəcək. Şanslar haqda danışmaq zamanıdı.

 

Cavab matçı formallığa çevrilməlidi, “Qarabağ”

 

Son vaxtlar qitəmiqyaslı yarışlarda ölkəni inamla təmsil edən, 3 dəfə Avroliqanın pley-offunadək irəliləyən ağdamlılardan uğur umanların sayı çoxdu. “Köhlən atlar” üçün ciddi nailiyyət  Avroliqanın qrupuna düşmək sayılacaq. Bildiyiniz kimi, Qurban Qurbanovun komandası bunun üçün 2 mərhələ adlamalıdı. Deyəsən, Tanrı  “Qarabağ”sevərlərin dualarını qəbul edib. Yaxşı reytinq toplayan bölgə təmsilçisi üçün “səpələnməmişlər” səbətində qorxulu yuxu sayılan rəqib olmadığını ötən sayımızda da yazmışdıq. 


Malta çempionu isə lap göydəndüşmə hədiyyə statusu ilə dəyərləndirilməlidi. Premyer-liqanın qalibi  cırtdan ölkənin təmsilçisinə hər iki oyunda qalib gəlməyə sadəcə, borcludu. Düzdü, ötən yay “Xəzər Lənkəran”ın digər Malta komandası “Slima Uonderers”i böyük çətinliklə mübarizədən kənarlaşdırması, ağdamlıların qapazaltı sayılan rəqibləri rəsmi matçlarda asanlıqla yenə bilməməsi düşündürücü məqamlardı. Ancaq bu dəfə qarşısına ciddi hədəflər qoyan “köhlən atlar” “Valetta”ya heç bir şans verməməli, səfərdə keçirəcəyi ilk matçdaca cavab oyununu formallığa çevirməlidi. Qurbanovun komandasının rəqibini ciddiyə almayacağı isə inandırıcı deyil. Bu yöndə futbolçuların hər məşqdən öncə təlimatlandırılacağını əminliklə proqnozlaşdırmağa dəyər. Qurbanovun futbol fəlsəfəsində saymazyanalığa yer yoxdu.

 

Ağlamağa dəyməz, “İnter” 

 

“Səpələnmişlər” səbətində qərarlaşan “İnter”in daha münasib rəqiblə oynaması da mümkün idi. Baltikyanı ölkə təmsilçilərindən birini arzuladığını gizlətməyən klub prezidenti Georgi Nikolovun kefinə soğan doğranıbsa, təəssüf. Hə, “Tiraspol”un təmsil etdiyi ölkənin millisi və klubları Azərbaycanın adından oynayanlar üçün arzulanan sayılmır. Keçmişə boylansaq, moldovalıların üstünlüyünü görərik. Amma büdcəsinə görə özündən geri qalan rəqibi devirmək “ağ-göylər”in boynunun borcudu. 


İndiyədək bir mərhələdən artığına gücü çatmayan “bankirlər” hazırlığa vaxtında başlayıb, heyətdəki çatışmazlıqları aradan qaldırmaq üçün Kaxaber Tsxadadzenin yetərincə zamanı olub. Nominal forvard problemi üzündən dilemma qarşısında qalsalar, hamı günahı seleksiya və transfer məsələlərini birgə həyata keçirən Nikolovla baş məşqçidə axtaracaq.  Eyniadlı şəhərin təmsilçisini “div”ə çevirməyə ehtiyac yoxdu. Püşkün “İnter”in üzünə gülmədiyini dilə gətirmək isə yersiz alınar. “Tiraspol” səviyyəsində komandanı keçə bilməyənin Avroliqada nə işi var? Hər dəfə Estoniyanın yarımhəvəskar klublarını yenməklə kifayətlənmək, “mərhələ adladıq” demək olmaz ki...


Yeri gəlmişkən, Moldova təmsilçisi artıq bir dəfə ölkəmizə səfər etməyə imkan tapıb. Belə ki, "şəhərlilər" 2006-cı ilin yayında  UEFA İntertoto Kubokunda "MKT-Araz"la qarşılaşıb. İmişli komandası evdə 1:0 hesablı qələbə qazansa da, səfərdə iki cavabsız qolla  uduzaraq mübarizəni dayandırmışdı. Maraqlıdı ki, həmin vaxt "MKT-Araz"ın formasını geyən Arif Daşdəmirovla Asif Məmmədov indi "İnter"dədi. 8 il əvvəl imişlililərin evdə udduğu kollektivi ötən müddətdə milyonlar xərcləyən “bankirlər” məntiqlə, əzməlidi. Bir sözlə, ağlamağa dəyməz, “İnter”. Oynamaq lazımdı. Ən dəyərli futbolçusu erməni əsilli Artyom Kaçaturov olan rəqiblə. Birinci qarşılaşmanın rəqib meydanında oynanılması da “ağ-göylər” üçün üstünlükdü.



İştiraka “sağ ol” düşmür, “Qəbələ”


Debütantın istənilən rəqibinin avrokubok təcrübəsinin olacağı öncədən məlum idi. İlk dəfə Azərbaycanın adından Avropa səhnəsində “söz demək” hüququ qazanan şimallılar hazırlığa gec başlamaqla işini çətinə salıb. Ancaq yeni baş məşqçi Dorinel Muntyanu artıq iki həmyerlisini sərəncamına gətirməyə imkan tapıb. Hə, Qəbələ komandası debütdə “cırtdanlar”dan biriylə və ya basketbolu futboldan çox sevən Latviya, Litva kimi ölkələrin ortababıyla üzləşsəydi, mərhələ adlamaq şansları artardı. 


Ancaq “Şiroki Briyeq”i adlı-sanlı, samballı kollektiv hesab edib üzülmək nəyisə dəyişməyəcək. Doğrudu, “Şiroki Briyeq” “Neftçi” tərəfindən Ç L-in 1-ci təsnifat mərhələsində uzaqlaşdırıldığı 2004/05 mövsümündən bəri Bosniya və Hersoqovinanı avrokuboklarda müntəzəm təmsil edir. Lakin nəinki qrup heç pley-off üzü də görməyib. Hər mövsümün bitimində bosniyanın seçilən oyunçularının ölkə xaricinə yollandığı bəlli həqiqətdi və bu komandanın davamlı olaraq “yarpaq tökümü”ndən əziyyət çəkməsi faktdı. Büdcələri müqayisə etsək, “Şiroki Briyeq” “qırmızı-qaralar”la tərəzinin bir gözünə qoymaq cəhdi gülünc alınar.


 “Qəbələ” anlamalıdı ki, iştiraka “sağ ol” düşmür. Muntyanu azarkeşlərin nifrətini qazanmaq istəmirsə, çalışdırdığı kollektiv ən pis halda bu mərhələni uğurla adlamalıdı. “Siftəni” “doğma divarlar” arasında etmək indiki durumda şimallıların lehinədi. Azarkeş dəstəyi həlledici əhəmiyyət daşıyacaq. Axı tarixi matçdan danışırıq.


“Koper”dənsə “Çelik” gəlsin


“Neftçi”nin AL-in ikinci təsnifat mərhələsində Sloveniya “Koper”i və Monteneqro “Çelik”inə rəqib ola bilər. Bir-biriylə qarşılaşacaq sabiq yuqoslaviyalılardan “Çelik”lə üz-üzə gəlmək arzulanandı. Son vaxtlar Sloveniyanı inamla təmsil edən “Koper” qarşısına ciddi hədəflər qoymuş klubdusa, “Çelik” sıradan kollektivdi. Bu da var ki, zəif təsir bağışlayanın “Neftçi”yə rəqib olmaq ehtimalı azdı. Avroliqanın qrupunda oynamış xalq komandası “Şkenderbü”yə ötənilki yenilgini unutdurmaq, imicini, adını qorumaq naminə sınaqdan üzüağ çıxmalıdı.


NİHAT, "Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X