"Qəbələ" bizim üçün müəmmalı rəqibdi. Hazırda onlarla bağlı barədə informasiya toplamağa çalışırıq". Fanat.az xəbər verir ki, bu sözləri Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa deyib.
"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində "Şiroki Briyeq"lə qarşılaşacaq. Rəqibin baş məşqçisi Azərbaycana səfərin onlar üçün asan olmayacağını bildirib: "Ötən il Qazaxıstan təmsilçisi ilə qarşılaşmışdıq. Ona görə bu dəfə coğrafi mövqeyinə görə daha əlverişli olan rəqiblə düşməyimizi arzulayırdıq. Azərbaycan Bosniya və Hersoqovinaya yaxındı, amma istənilən halda bu ölkəyə səfər asan olmayacaq. Püşkatmadan razıyammı? Düzünü deyim ki, biz Cəbəllütariq komandası ilə düşmək istəyirdik".
Fanat.az