"Qəbələ"dən ayrılan İbrahima Niassenin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, seneqallı futbolçu karyerasını "Mordoviya"da davam etdirəcək.
Yur Syominin komandası 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2012-ci ildən "İnter"də çıxış edən Niasse ötən yay "Qəbələ"yə transfer olunmuşdu. Yuri Syominin 35 rəsmi oyunda şans verdiyi yarımmüdafiəçi 1 qola imza atıb.
Fanat.az