21:58 26.06.2014 619

Mirzağa Hüseynpur: "Mən bu nömrəyə uyğun gələrəm"

"İnter"in yeni transferlərindən Mirzağa Hüseynpurun müsahibəsi


- Öncə “İnter”ə keçidin barədə danışmağını xahiş edirik.

- Kaxaber Tsxadadze kimi ixtisaslı məqşçinin mənə diqqət yetirməsi mənim üçün çox xoş idi. Demək olar bu təklifə həmən razılıq verdim. “İnter”ə keçidim də belə baş tutdu.

 

- Necə düşünürsən, hansı üstünlüyün “İnter”i cəld etdi ki, sənə təklif göndərdi?

- Ola bilər oyun tərzimə görə baş məşqçinin diqqətini cəlb etdim. “İnter”in sərgilədiyi oyun tərzi mənə xoş təsir bağışlayır. Məşqlərdə fəal şəkildə ötürmələr edirik və qaçırıq. Taktiki tapşırıqlar üzərində çox çalışırıq, bir sözlə, baş məşqçi bizdən taktiki savadlılığa və oyun tərzimizə riayət etməyimizi tələb edir.

 

- Demək olarmı ki, ötən mövsüm sizin üçün heç də pis alınmadı. “Sumqayıt” Premyer Liqada yerini saxladı, sən də Premyer Liqanın oyunlarında özünüzü yaxşı tərəfdən nümayiş etdirdin?

- Hesab edirəm ki, mövsüm mənim üçün yaxşı alındı, axı onun bitməsindən sonra “İnter”ə keçdim. Lakin etiraf etmək lazımdı ki, ötən mövsüm mənim üçün asan olmadı, axı mənim müəyyən problemlərim var idi, müəyyən anda mən getdim, ancaq yenidən qayıtdım və yalnız çempionatın sonu uğurlu alındı.

 

- “Sumqayıt”a qədər Rusiyada çıxış etmisən. Karyerana orada başladın və bir neçə il çıxış etdin. Karyeranın bu mərhələsi barədə danışmağını xahiş edirik.

- Mən futbol oynamağa Rostov vilayətində başlamışam. Sonra Gəlincikdə oynadım, daha sonra Olimpiya Ehtiyat Məktəbində keçdim və burada 1 il çıxış etdim. Bundan sonra Rostovun “XXI əsr” Uşaq Gənclər Futbol Məktəbində 5 il futbol oynadım, sonra “Rostov” klubunun əvəzedici heyətinə keçdim. Tezliklə toplanışa hazırlanan əsas komandaya dəvət etdilər, ancaq aldığım zədə komandaya qoşulmağa imkan vermədi. Zədədən sonra Novoçerkask şəhərinin “MİTOS” klubuna keçdim. Karyeramın Rusiyanın ikinci liqasında uğurlu alındığını deyə bilmərəm. Orada 2 il oynadım və sonra Azərbaycana gəldim.

 

- “İnter”də əsas heyət uğrunda böyük rəqabət var. Əsas yer uğrunda mübarizəyə hazırsan?

- Hətta daha az ambisiyalı komandada da əsas heyətdə yeri asanlıqla vermirlər. Əsas yerə layiq olduğunu həmişə təsdiqləmək lazımdı. Əgər buradayamsa, deməli, gücümə və özümə inanıram. Əsas heyət uğrunda mübarizəyə hazıram, çox çalışacağam. Bizim çox güclü futbolçularımız və rəqabət var, kimin oynayacağına da baş məşqçi qərar verəcək. Kaxaber Tsxadadze çox güclü futbolçu olub və indi də o, futbol fəlsəfəsini məşqçi timsalında həyata keçirir. Təbii ki, kimin əsas heyətin tərkibində meydana çıxacağını o, daha yaxşı bilir.

 

- Artıq bir aydı “İnter”in heyətindəsən. Yeni komandaya uyğunlaşmağınızın artıq başa çatdığını demək olarmı?

- Əlbəttə. Bizim çox güclü futbolçularımız var və onlar ilk növbədə çox yaxşı insanlardır. Komanda yoldaşlarım çox mehribandılar. Bəzilərini “Sumqayıt”da birlikdə çıxış etdiyimiz zaman tanıyırdım. “İnter”ə uyğunlamağım çox asan keçdi.

 

- Təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsən? Yükləmələrlə bacarmaq çətin deyil?

- Xeyr, çətin deyil, ona görə ki, hamı belə yükləmələrə hazırdı. Birinci toplanışda diqqət əsasən fiziki yükləmələrə yönəldilmişdi. Həmişə belə olur. Biz çox qaçırdıq və məşqlər çox intensiv olurdu, amma bizə bu toplanışı yaxşı keçirmək müyəssər oldu. Etiraf edim ki, hətta məzuniyyətdə olan zaman fərdi qaydada qaçırdım, trenajor zalında məşq edirdim.

 

- Sənə qədər 9 nömrəli formada nəinki “İnter”də oynamış, hətta indiyədək Azərbaycan çempionatında mübarizə aparmış ən təcrübəli və tanınmış futbolçulardan biri Aleksandr İaşvili çıxış edirdi. Ümumiyyətlə, bu nömrədən komandaların bir qayda olaraq aparıcı futbolçuları istifadə edirlər. Bu faktor sizə əlavə məsuliyyət aşılayırmı?

- 9 nömrəli formada oynamaq mənim üçün böyük şərəfdi, buna qədər həmin formada Aleksandr İaşvili kimi təcrübəli futbolçu çıxış etmişdi. İnşallah, mən bu nömrəyə uyğun gələrəm! Etiraf edim ki, bu nömrəni seçməzdən öncə soruşdum. 9 nömrə böyük məsuliyyətdi. “İnter”ə kömək etmək və mənə göstərilən etimadı doğrultmaq istəyirəm.

 

inter.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

Facebookdan bizi izləməyi unutmayın.
X