"Qəbələ"dən ayrılan Lorenzo Ebesilyo "Mordoviya"nın düşərgəsinə gedib. Fanat.az xəbər verir ki, bu böarədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, holland futbolçu Türkiyənin Kartepe bölgəsində təlim-məşq toplanışında olan "Mordoviya"nın düşərgəsinə qoşulub. Onunlu birlikdə Xarkov "Metallist"indən Andrey Boqdanov klubun düşərgəsinə yollanıb.
Qeyd edək ki, Ebesilyo 2013/14 mövsümündə "Qəbələ"də 37 oyun keçirib və 8 qol vurub. Syomin bundan əvvəl "Qəbələ"dən İbrahima Niasseni "Mordoviya"ya aparıb.
Fanat.az