"Qəbələ"dən ayrılan Rail Məlikovun yeni iş yeri hələ bəlli deyil. Fanat.az xəbər verir ki, millinin sabiq üzvü yenidən Türkiyəyə üz tuta bilər.
2012/13 mövsümündə "Dənizlispor"da çıxış edən (25 oyun) Rail qardaş ölkədən 3 təklif alıb. Onunla Super Liqa təmsilçisi "Erciyesspor"la yanaşı, PTT 1-ci liqada çıxış edən "Samsunspor" və "Şanlıurfaspor" maraqlanır. Rail qərarını yaxın günlərdə verəcək.
Fanat.az