İnter” daha 2 oyunçunun xidmətindən yararlanmamaq qərarına gəlib. Apasport.az saytının klubdan aldığı məlumata görə, “Simurq”dan icarədən qayıdan Rüstəm Abbasovla Asif Mirili komandaya lazım olmayıb. Hər 2 gənc oyunçu ilə müqavilələr qarşılıqlı şəkildə pozulub.
Qeyd edək ki, Abbasov “İnter”ə Rusiyanın Tolyatti şəhərindən gəlmişdi. Əslən azərbaycanlı olan futbolçu məhz yaşadığı Rusiyaya qayıdıb.
İdman24.az