"Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Şiroki Briyeq" 3 futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Yozo Şpikiç, Zvonimir Blaiç və Kresimir Kordiç Bosniya və Herseqovina təmsilçisini tərk edib.
Artıq onların yeni iş yeri də bəllidi. Belə ki, Şpikiç Xorvatiya çempionatının gümüş mükafatçısı "Rieka"ya, Blaiçlə Kordiç Bosniya və Herseqovina çempionu "Jrinski"yə keçib.
Fanat.az