2014/15 avrokubok mövsümünə rəsmən start verilib. Fanat.az xəbər verir ki, yeni mövsümün ilk matçları Avropa Liqası çərçivəsində baş tutub.
Belə ki, bu gün I təsnifat mərhələsi çərçivəsində 3 matçı keçirilib. İrlandiya "Dandalk"ı səfərdə Lüksemburqun "Jeuness" klubunu 2:0, Makedoniya "Şkendiya"sı Moldovanın "Zimbru" komandasını 2:1 hesabı ilə yenib. "Slima" - "Ferençvaroş" matçı 1:1 hesabı ilə başa çatıb. Mövsümün ilk qolu da bu oyunda qeydə alınıb. Belə ki, 39-cu dəqiqədə meydan sahiblərindən Stanley Ohavuçi 2014/15 mövsümünün ilk qoluna imza atıb.
Qeyd ki, I təsnifat mərhələsində Azərbaycan "İnter" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" iyulun 3-də Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək, "İnter" Moldova "Tiraspol"unun qonağı olacaq. "Neftçi" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və "Çelik" (Çernoqoriya) - "Koper" (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
1 iyul
Jeuness (Lüksemburq) - Dandalk (İrlandiya) 0:2
Qollar: Riçard Tovell, 59-pen; 71.
Slima (Malta) - Ferençvaroş (Macarıstan) 1:1
Qol: Stanley Ohavuçi, 39 -
Miçal Nalepa, 76.
Şkendiya (Makedoniya) - Zimbru (Moldova) 2:1
Qol: Boyan Vrusina, 45+5. İ
van Mitrov, 47 -
Aleksandru Qrosu, 51-pen.
Fanat.az