Azərbaycan güləşçisi Mariya Stadnikə ağır itki üz verib.
Fanat.Az xəbər verir ki, dördqat olimpiya mükafatçısının atası vəfat edib.
Bu üzdən də Mariya Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirindən birbaşa Ukraynaya yollanıb. İdmançımızın atası uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Qeyd edək ki, Stadnik Paris-2024-ə lisenziyanı İstanbulda qazanıb.