12:06 14.05.2024 387

Bədən forması, yoxsa insan həyatı?

21-ci əsrdə insanlar üçün ən mühüm problemlərdən biri sağlam olmayan həyat tərzidir. Buna örnək kimi pis vərdişləri, zərərləri qidalanmanı, az hərəkətliliyi və s. göstərə bilərik. Sadalananlar sonda bizim həm daxili, həm də xarici vəziyyətimizə mənfi təsir edir. Artıq çəki və yaxud az çəkidən əziyyət çəkənlərin sayı da günü-gündən artmaqdadır.

Bədən forması insanın həyatına birbaşa təsir edir. Belə ki, bu ünsür əsasən gənclərin sosial həyatda görünüşünə görə yarğılanmasına gətirib çıxarır. Məhz bu da insanların özünəinamını azaldır, eyni zamanda psixologiyasını zədələyir. Bu vəziyyətlə barışmayanlar hərəkətə keçirək yuxu və qida rejiminə diqqət yetirir, hərəki aktivliyini artırır. Bəziləri isə zəif xarakter səbəbindən özlərinə müəyyən təsəllilər tapır və düşdükləri halla barışır.

Peşəkar məşqçi fəaliyyətim səbəbilə sadaladığımız hər iki tip insanlarla da xeyli rastlaşmışam. Təbii ki, bu işin bir çox qəliz tərəfi var. Lakin şəxsdə iradə, qərarlılıq, səbr və nizam-intizam xüsusiyyətləri olduqdan sonra istənilən gözəl və sağlam bədən quruluşuna nail olmaq mümkündür. Bu, həm bəylər, həm də xanımlar üçün keçərlidir. Ən önəmli olan isə proses zamanı düzgün və savadlı məşqçi seçimidir. Bir çox peşədə olduğu kimi, son zamanlar məşqçilik də sosial şəbəkələr vasitəsilə reklam işinə çevirilib. Ali təhsili, savadı, təcrübəsi olmadığı halda bir çoxu özünü peşəkar məşqçi, dietoloq, idman həkimi adlandırır. Acınacaqlı hal isə bu insanların yanına ümidlə gedənlərin olmasıdır. Buna nümunə olaraq"məşqçi müəllim"lərin internet, sosial media kimi kənar vasitəsilər ilə öyrəndikləri fiziki metodları tələbələr üzərində tətbiq edərək onların sağlamlığına ziyan vurmasını misal çəkə bilərik. Yaxud, fərdi yazılmayan, arıqlamaq və kökəlmək üçün tərtib edilən pəhriz proqramı, düzgün olmayan qida əlavələri (supplement) və preparatların təyin edilməsi, yanlış tempdə olan kardiolar bu dediklərimizə aiddir. Xüsusilə də qadın anatomiyası və fiziologiyasına uyğun olmayan idmanlar təhlükəli nəticələrə gətirib çıxara bilir. Hansı ki, bu savadsızlığın qurbanı olan bir çox insan var.

Bayaq sadaladığımız xüsusiyyətlərin önəmi isə həqiqətən çox böyükdür. Bu sahədə uğurlu olmaq üçün hər iki tərəfin əziyyət çəkməsi lazımdır. Doğrudur, məşqçi qida və məşq proqramını tərtib edir, tələbənin fiziki durumunun müşahidəsini aparır. Lakin bu yolda tələbənin də fədakarlıqlar etməsi vacibdir. Kənardan hər nə qədər asan görünsə də, idman keçmişi olmayanlar üçün bu proses daha da çətin keçir.

Mövzumuz ilə bağlı yazılacaq daha çox şeylər var. Mən isə bu sahə haqqında anlayışı olmayanlar və az anlayışı olanlar üçün təməl məlumatları paylaşdım. Ümid edirəm sizlərə bir az da olsa fayda verə bildim.

Necə deyərlər, sağlam olanın ümidi, ümidi olanın isə hər şeyi var. 


Məhəmməd Tağəyev (525-ci qəzet)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 Oktyabr 2024
09:49

Qvardiola ÇL-də qarşılaşmaq istəmədiyi komandanın adını açıqladı - Bu, "Real" deyil

09:20

Azərbaycan Kuboku: II mərhələnin son iştirakçısı müəyyənləşir - YENİLƏNİR

01:05

Qvardiola futbol tarixinin ən yaxşı oyunçusunu açıqladı: "O, unikaldır"

00:52

Millətlər Liqası: Norveçə divan tutdular, İngiltərə səfərdə sevindi

00:40

Keniyalı atlet dünya rekorduna imza ataraq qalib oldu

13 Oktyabr 2024
23:32

Azərbaycan boksçuları AÇ-nin 1/4 finalında

22:52

Azərbaycan təmsilçisi Avropa Kubokunun qalibi oldu

22:13

Azərbaycan cüdoçularından Açıq Asiya turnirində 4 medal

21:44

Dünya Seriyası:Yusubov çempion, Həsənov ikinci oldu

21:20

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu "gümüş" aldı

20:48

Azərbaycan millisi heç-heçə etdi

20:03

"Azərbaycan millisi çox təhlükəli komandadır" - Françesko Kaltsona

19:41

Lamin Yamal İspaniya millisinin düşəgəsini tərk etdi - SƏBƏB

19:25

"Azərreyl" Avropa Kubokunun qalibi oldu

18:56

Azərbaycan Kuboku: Daha 4 komanda növbəti mərhələdə

18:21

"Böyük Dəbilqə": Murad medal qazandı

17:43

"Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq" - Elvin Cəfərquliyev

17:13

Santuş Slovakiya ilə oyundan əvvəl nə danışdı?

16:54

Ronaldudan tarixi rekord

16:15

"Neftçi"nin legioneri 90 dəqiqə oynadı

16:11

Muslera klub aldı

15:19

"Arsenal" kapitanının sıraya nə vaxt dönəcəyini açıqladı

14:54

Dadaşov dubl etdi, komandası darmadağınla mərhələ adladı

14:19

Azərbaycan badmintonçusu Türkiyədə "qızıl" qazandı

13:58

Bu baş verməsə, "Yuventus" Vlahoviçi satacaq

13:18

Holand "Mançester Siti"dən ayrılır - Bu iki klubdan birinə keçəcək

12:48

Ronaldu mühafizəçinin işini görməsinə mane oldu - FOTO

12:07

Azərbaycanın stolüstü tennisçiləri Dubaya yollandılar

11:51

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:10

Millətlər Liqası: Finlandiya İngiltərəni, Avstriya Norveçi qəbul edir

10:09

MY rəhbərliyi Maquayrla bağlı qərarını verdi

09:45

Polşaya qol vuran Ronaldu qələbəyə belə münasibət bildirdi

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

00:47

Millətlər Liqası: Xorvatiya evdə, Portuqaliya səfərdə sevindi

12 Oktyabr 2024
22:36

"Tottenhem"in ulduzunun ailəsi uşaq zorakılığına görə cəzalandırıldı - Məhkəmənin qərarı

21:49

"Yuventus"da mənə dedilər ki, onlar üçün çox bahalıyam"

21:15

İngiltərə Premyer Liqasında qalmaqal: Paltardəyişmə otağındakı danışıqlar dinlənildi

20:26

İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

19:58

U-21 Şimali İrlandiyada böyük hesabla uduzdu

19:23

Yayda "Liverpul"dan ayrılan futbolçu karyerasını bitirdi

Facebookdan bizi izləməyi unutmayın.
X