12:06 14.05.2024 415

Bədən forması, yoxsa insan həyatı?

21-ci əsrdə insanlar üçün ən mühüm problemlərdən biri sağlam olmayan həyat tərzidir. Buna örnək kimi pis vərdişləri, zərərləri qidalanmanı, az hərəkətliliyi və s. göstərə bilərik. Sadalananlar sonda bizim həm daxili, həm də xarici vəziyyətimizə mənfi təsir edir. Artıq çəki və yaxud az çəkidən əziyyət çəkənlərin sayı da günü-gündən artmaqdadır.

Bədən forması insanın həyatına birbaşa təsir edir. Belə ki, bu ünsür əsasən gənclərin sosial həyatda görünüşünə görə yarğılanmasına gətirib çıxarır. Məhz bu da insanların özünəinamını azaldır, eyni zamanda psixologiyasını zədələyir. Bu vəziyyətlə barışmayanlar hərəkətə keçirək yuxu və qida rejiminə diqqət yetirir, hərəki aktivliyini artırır. Bəziləri isə zəif xarakter səbəbindən özlərinə müəyyən təsəllilər tapır və düşdükləri halla barışır.

Peşəkar məşqçi fəaliyyətim səbəbilə sadaladığımız hər iki tip insanlarla da xeyli rastlaşmışam. Təbii ki, bu işin bir çox qəliz tərəfi var. Lakin şəxsdə iradə, qərarlılıq, səbr və nizam-intizam xüsusiyyətləri olduqdan sonra istənilən gözəl və sağlam bədən quruluşuna nail olmaq mümkündür. Bu, həm bəylər, həm də xanımlar üçün keçərlidir. Ən önəmli olan isə proses zamanı düzgün və savadlı məşqçi seçimidir. Bir çox peşədə olduğu kimi, son zamanlar məşqçilik də sosial şəbəkələr vasitəsilə reklam işinə çevirilib. Ali təhsili, savadı, təcrübəsi olmadığı halda bir çoxu özünü peşəkar məşqçi, dietoloq, idman həkimi adlandırır. Acınacaqlı hal isə bu insanların yanına ümidlə gedənlərin olmasıdır. Buna nümunə olaraq"məşqçi müəllim"lərin internet, sosial media kimi kənar vasitəsilər ilə öyrəndikləri fiziki metodları tələbələr üzərində tətbiq edərək onların sağlamlığına ziyan vurmasını misal çəkə bilərik. Yaxud, fərdi yazılmayan, arıqlamaq və kökəlmək üçün tərtib edilən pəhriz proqramı, düzgün olmayan qida əlavələri (supplement) və preparatların təyin edilməsi, yanlış tempdə olan kardiolar bu dediklərimizə aiddir. Xüsusilə də qadın anatomiyası və fiziologiyasına uyğun olmayan idmanlar təhlükəli nəticələrə gətirib çıxara bilir. Hansı ki, bu savadsızlığın qurbanı olan bir çox insan var.

Bayaq sadaladığımız xüsusiyyətlərin önəmi isə həqiqətən çox böyükdür. Bu sahədə uğurlu olmaq üçün hər iki tərəfin əziyyət çəkməsi lazımdır. Doğrudur, məşqçi qida və məşq proqramını tərtib edir, tələbənin fiziki durumunun müşahidəsini aparır. Lakin bu yolda tələbənin də fədakarlıqlar etməsi vacibdir. Kənardan hər nə qədər asan görünsə də, idman keçmişi olmayanlar üçün bu proses daha da çətin keçir.

Mövzumuz ilə bağlı yazılacaq daha çox şeylər var. Mən isə bu sahə haqqında anlayışı olmayanlar və az anlayışı olanlar üçün təməl məlumatları paylaşdım. Ümid edirəm sizlərə bir az da olsa fayda verə bildim.

Necə deyərlər, sağlam olanın ümidi, ümidi olanın isə hər şeyi var. 


Məhəmməd Tağəyev (525-ci qəzet)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 Noyabr 2024
21:13

Flik Laportadan nə xahiş edib?

20:12

UEFA Amsterdamdakı silahlı hücumla bağlı araşdırmalara başladı

19:37

"Azarkeşlər nə edirlərsə, düzgün edirlər" - Samir Abasov

17:57

"Futbolçularım xarakter göstərdilər" - Ayxan Abbasov

17:55

Azərbaycanın veteran cüdoçuları DÇ-ni 4 medalla başa vurdular

17:22

Lempard İngiltərə klubunu çalışdıra bilər

16:53

MPL: "Neftçi" - "Şamaxı" matçı məhsuldar bərabərliklə bitdi

16:25

Toralın Norveçdə vurduğu qol AL-də ən yaxşı seçildi

15:51

Amsterdamda yəhudi azarkeşlərə hücum etdilər -62 nəfər saxlanıldı

15:10

Florentino Peres bunu 8-ci dəfə reallaşdıracaq

14:48

Qrizmann qərarından dönmədi

14:26

"Qalatasaray"ın ulduzu üçün mövsüm bitdi

14:00

“Neftçi”dən Zəfər Günü forması - FOTO

13:30

Kurtua İspaniyadan ayrıla bilər - "Real"a "yox" deyə bilməyəcəyi təklif hazırlanır

12:58

"Onun son oyunlardakı çıxışı ürəkaçan deyildi" - Fernandu Santuş

12:47

Millimizin hazırlıq planı bilindi

12:35

Zəfər ona inananlarındır! - VİDEO

12:06

Azərbaycan millisinin heyəti açıqlandı

11:33

BƏƏ klubunda Ernan Kresponu əvəzləyəcək məşqçi bilindi

11:00

Klopp məşqçiliyə qayıdır - Cəlbedici təklif

10:28

“Çox çətin oyunda vacib qələbə qazandıq” -Tahir Gözel

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

"Qarabağ" qalib gəldi, Azərbaycan irəlilədi - REYTİNQ

09:00

AL: Toralın qolu turun "ən yaxşı qol"u adına namizəddir - VİDEO

08:30

"Qarabağ" Norveçdə belə zəfər qazandı - VİDEO

08:00

Bu gün Zəfər Günüdür

02:17

KL: "Fiorentina" məğlub oldu, "Başakşəhər" ilk xalını qazandı

02:04

AL: "Fənərbağça" Niderlandda uduzdu

00:58

Azərbaycan seçməsi uduzdu

00:11

Qurban Qurbanov "Budyo Qlimt" üzərində qələbəni belə şərh etdi

00:04

Osimhen coşdu, "Qalatasaray" "Tottenhem"i yendi

07 Noyabr 2024
23:41

AL: "Qarabağ" "Budyo Qlimt"i Norveçdə məğlub etdi

23:01

Həbib "Real"ın ulduzu ilə görüşdü -FOTO

20:51

"Barselona" naminə hər şey" - Kubarsinin üzünə 10 tikiş qoyuldu: FOTO

20:28

"Xavi hər dəqiqəyə görə min avro cərimələyirdi, Flik isə..." - Pedri mütəxəssisləri müqayisə etdi

19:55

I Liqa: "Karvan" ilk məğlubiyyəti ilə üzləşdi, "Qəbələ" fərqi azaltdı

19:28

Neymar nə vaxt sağalacaq? - Klubu açıqladı

18:39

Əfsanəvi həmyerlisi də Mbappeni qınadı - "Heç vaxt qaçmır"

18:08

"Neftçi" "Şamaxı" ilə oyunun hazırlığını başa vurdu - Ciddi itkilər var

17:51

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X