“İnter”in sabiq yarımmüdafiəçisi Valentin Belkeviç Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasının baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, o, bu postda Andrey Qusini əvəzləyib.
Qeyd edək ki, o, buna qədər Qusinin assistenti vəzifəsində çalışırdı.
Belkeviç 2008-09 mövsümündə “İnter”də çıxış edib. Kayrerasını məhz Azərbaycanda başa vuran təcrübəli futbolçunu o zaman komandaya Valentin Xodukin gətirmişdi.
İdman24.az