17:23 02.07.2014 605

Ramin Musayev: "Əliyar mundialın finalını da idarə edər"

PFL prezidenti Ramin Musayevin Fanat.az-a müsahibəsi


- 2 iyul həm Beynəlxalq idman jurnalistləri günü, həm Azərbaycan polisi günüdü. Eyni zamanda, Peşəkar Futbol Liqasının rəsmi fəaliyyətə başlamasından da düz 6 il ötür. Sizcə, burda hansısa mistik bağlılıq var?

- Mistik olub-olmadığını deyə bilmərəm. Amma bağlılıq var. PFL-in fəaliyyətini tənqid edən və işıqlandıran idman jurnalistləridi. Polislərə gəlincə, onlar da bizi qoruyur. Bu gün jurnalistlər və PFL prezidenti günün istənilən vaxtında rahat gəzə bilirsə, deməli, polislər işlərini yaxşı görür.


- 6 il tez keçdi, ya gec?

- Mənim üçün çox tez. Əslində az vaxt deyil. Mövsüm başlayandan bitənə qədər gərginlik davam edir. Hərdən mənə elə gəlir ki, qurumun fəaliyyətə başladığı tarixdən 6 ay ötüb.


- Ramin Musayev bu müddətdə çoxmu dəyişib?

- Xarakterim olduğu kimi qalıb. Əvvəl necə, indi də elə. Dəyişən zahiri görünüş ola bilər. Bu da Allahın işidi, yaşla əlaqədardı. Əsas odu ki, insan iç dünyasına sadiq yaşasın.

 

- PFL 6 ildə qaqrşısına qoyduğu məqsədlərə çata bilib?

- Məni bu vəzifəyə gətirən qardaşımın - AFFA prezidenti Rövnəq Abdullayevin etimadını doğrultmağa çalışıram. Bir prezident olaraq, bacardığımdan da artığını etməyə can atıram. Rəhbər üçün birinci şərt irəli addım atmağın yollarını aramaq, həvəslə işləməkdi. İnkişaf mərhələli şəkildə, zaman-zaman həyata keçir. İstənilən irəliləyiş ölkə futbolunun ümumi mənafeyinə xidmət edir. İstəyirəm ki, illər sonra “Ramin Musayev bacardığından da artığını etdi” desinlər.

 

- İşinizi sevirsiz?

- Çox.


- AFFA, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Bilirik ki, danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Super Liqasında legioner statusu daşımayacaq. Məsələnin həllini tapmaq ehtimalı nə qədərdi?

- Gələn həftə daha bir görüşümüz olacaq. Ən yaxşısına ümid edirik. Məsələnin həllini tapmaq ehtimalı yüksəkdi.

 

- Sizi İspaniya yığmasının azarkeşi kimi tanıyırıq. İspaniya mundialla sürpriz şəkildə vidalaşdı. Bəs davam edən dünya çempionatında indi kimə azarkeşlik edirsiz?

- İspanlardan sonra Əlcəzair yığmasının uğur qazanmasını istəyirdim. Onlar da almanlara uduzdular. Daha heç birinə, yaxşı oyunlardan zövq almağa çalışıram. Bir də Braziliyadakı qarşılaşmaları idarə edən hakimləri həvəslə izləyirəm.


- Bizimkilərlə müqayisə etmək üçün?

- Belə də demək olar.


- Necə düşünürsüz, ölkənin istedadlı və gənc FIFA referisi Əliyar Ağayev DÇ-də oyun idarə edəcək səviyyəyə çatıb?

- Əliyar nəinki mundialın qrup oyunlarını, finalını da idarə edər. Özü də işinin öhdəsindən yaxşı gələr.


- Mundialda tətbiq edilən yenilikləri Premyer Liqada sınaqdan keçirmək fikrinə düşməmisiz?

- “Sprey”dən istifadə xoşuma gəldi. Bu haqda fikirləşməyə dəyər. Ciddi şəkildə maraqlanacağıq.


- Bəs topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnologiya necə?

- Hələ ki bizim əlavə köməkçi hakimlərimiz var. Bu texnologiya isə düzgün rəyə xidmət edir. Gələcəyin işidi, indidən konkret nəsə deməyə tələsməyək.


- Sabah “İnter” və “Qəbələ” Avroliqada ilk sınağına çıxır...

- Bütün komandalarımıza uğurlar arzulayıram. İnşallah, hər ikisi uğurlu startla hamımızı sevindirər.


- Qəbələlilər “İnter”dən fərqli, birinci oyununa öz meydanında çıxacaq. Qəbələyə gedəcəksiz?

- Bəli, gedəcəm. Oyunu canlı izləmək istəyirəm.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2024
20:27

AÇ-2024:Rumıniya Slovakiyaya uduzur, Belçika Ukraynaya qarşı- YENİLƏNİR

19:48

Eriksen Danimarkanın tarixinə düşdü - Rekord

19:05

“Araz-Naxçıvan”ı bu şirkət geyindirəcək - "Diadora"dan imtina edildi

18:40

"Roma" De Rossi ilə bağlı qərarını verdi

17:54

"Sabah"ın loqosu yeniləndi - FOTO

17:35

"Qəbələ"dən daha bir transfer

17:03

Coşqun Diniyev klubundan ayrıldı

16:44

"Neftçi"nin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

16:30

"Sabah" klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşdi

16:12

"Təəssüf ki, Almaniyadan getmək məcburiyyətindəyik" - Mixal Probej

15:55

AL: "Zirə"nin ev oyunu qazaxıstanlı hakimlərə tapşırıldı

15:38

"Aqressiv görünmür, rəqibi təzyiq altında saxlamağı bacarmırdıq" - Ronald Kuman

15:20

Dünya çempionu 32 yaşında karyerasını bitirdi

15:01

"Böyük iradə nümayiş etdirdik" - Ralf Ranqnik

14:43

Avstriya seçməsi bunu 46 ildən sonra bacardı

14:26

Neymar indiyədək qarşılaşdığı ən çətin rəqibin adını dedi

14:08

"Qəbələ" 2 yeni transfer reallaşdırdı

13:52

"Belə rəqibdən xal almaq üçün qeyri-adi nəsə etməliyik" - Roman Yaremçuk

13:35

"Zirə"nin "Şerif"lə oyununa hakim təyinatı bilindi

13:17

Mourinyu ispan ulduzu "Fənərbağça"ya gətirir

12:58

"Gəlin buna birlikdə sevinək" - Kasper Yulmann

12:40

“ETOPAZ”dan həyəcan axtaranlara böyük sürpriz

12:30

"Bacardığımızı ortaya qoyduq, amma..." -Draqan Stoykoviç

12:11

Fati gələcək karyerası ilə bağlı qərarını verdi

11:53

"Çox razıyam, futbolçularımla fəxr edirəm" - Qaret Sautgeyt

11:36

“Turan Tovuz”da daha bir rus qapıçı

11:20

"Qrupdan çıxacağımızı gözləmirdim" - Sloveniya millisinin baş məşqçisi

10:58

Argentina pley-offa erkən vəsiqə qazandı

10:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:50

İngiltərə – Sloveniya matçının ən yaxşı oyunçusu bilindi

09:37

AÇ-2024: Nəticələr və təqvim

08:52

Danimarka - Serbiya matçının ən yaxşısı bilindi

08:30

İngiltərə bunu ardıcıl 4-cü dəfə bacardı

01:21

Fransa – Polşa matçının ən yaxşı futbolçusu açıqlandı

01:02

AÇ-2024:Avstriya və İngiltərə qrup lideri qismində 1/8 finala yüksəldilər

00:06

Niderland - Avstriya matçının ən yaxşı oyunçusu açıqlandı

25 İyun 2024
22:00

Jiqo Fransanı Türkiyəyə dəyişdi - Klublar razılığa gəldi

21:10

"Səbail" baş məşqçisi ilə yollarını ayırdı

20:20

"Bitdi, mən artıq yoxam" - Poqba təslim oldu

Facebookdan bizi izləməyi unutmayın.
X