Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, "Qəbələ"nin ardınca "İnter" mübarizəyə qoşulub.
"Tiraspol"un qonağı olan "İnter"8-ci dəqiqədə penalti qazanıb və Baçana Tsxadadzenin zərbəsi dəqiq olub. 10-cu dəqiqədə Asif Məmmədov üstünlüyü iki topa çatdırıb. 71-ci dəqiqədə Andrey Noviçov fərqi 3 topa çatdırıb. Moldova klubunun üzvü 7 dəqiqə sonra "İnter"in qapısına yol taparaq günahını yuyub. 88-ci dəqiqədə isə Georgi Karaneyçev fərqi minimuma enhdirib - 2:3.
Qeyd edək ki, "Tiraspol" 2013/14 mövsümündə Moldova çempionatının gümüş medallarını qazanıb. Moldova klubu artıq bir dəfə ölkəmizə səfər edib. Belə ki, "Tiraspol" 2005/06 mövsümündə UEFA İntertoto Kubokunda "MKT-Araz"a rəqib olub. Təmsilçimiz evdə 1:0 hesablı qələbə qazansa da, səfərdə iki cavabsız qolla (0:2) uduzaraq mübarizəni dayandırmışdı. Həmin vaxt "MKT-Araz"ın formasını geyinən Arif Daşdəmirovla Asif Məmmədov indi "İnter"in formasını geyinir.
Onu da qeyd edək ki, bu gün "Qəbələ" də Avropa Liqasında mübarizəyə başlayıb. Bölgə təmsilçisi Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubuna 0:2 hesabı ilə yenilib.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
Tiraspol (Moldova) - İnter (Azərbaycan) 2:3
Qollar: Andrey Noviçov, 78. Georgi Karaneyçev, 88 - Baçana Tsxadadze, 8-pen. Asif Məmmədov, 10. Andrey Noviçov, 71 (avtoqol).
Tiraspol: 25. Georgi Georgiyev, 3. Erik Barroso, 5. Andrey Noviçov, 7. Yevgeni Zariçnyuk, 8. Sergey Şapoval, 10. Oleq Molla, 11. Georgi Boqyu (15. Georgi Karaneyçev, 63), 14. Vadim Rata (23. Viktor Bulat, 58), 16. Laşa Caparidze, 27. Ademar (9. Georgi Ovseanniçov, 81), 77. Kirilo Sidorenko.
Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 13. Boqdan Hauşi, 18. Marko Vidoviç, 26. Artyom Xaçaturov.
Baş məşqçi: Vlad Qoyan.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavko Georgievski, 10. Elvin Məmmədov (8. Mikel Alvaro, 72), 11. Asif Məmmədov (k) (9. Mirzağa Hüseynpur, 90+3, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 82), 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Laşa Caparidze, 34. Andrey Noviçov, 90+2 - Aleksandr Amisulaşvili, 50. Derlis Meza Kolli, 77. Slavko Georgievski, 80. Georgi Lomaya, 90+1.
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (Xorvatiya).
Tiraspol. "Şerif Arena".
Fanat.az