Çexiyada keçirilən dünya çempionatında Latviya millisinin xokkeyçiləri xoşagəlməz hadisə ilə üzləşiblər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.cz" məlumat yayıb.
Mənbənin hüquq-mühafizə irqanlarından aldığı məlumatına görə, idmançılar dünya çempionatının qrup mərhələsi zamanı qarət edilib.
Latviyalı xokkeyçilərin otaqlarından pul və şarj cihazı götürülüb. Polis hücum edənlərin ümumilikdə 700 avro dəyərində ziyan vurduğunu bildirib.
Latviya millisi DÇ-2024-də B qrupunda 5-ci yeri tutub və pley-offa adlaya bilməyib.