Premyer Liqanın 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun komandası doğma meydanda 1-ci liqa təmsilçisi "Neftçala"nı qəbul edib.
Oyun "Sumqayıt"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gənclik şəhəri təmsilçisinin heyətində Tofiq Mikayılovla Məhəmməd Qurbanov dubl edib, Bəxtiyar Həsənalızadə bir qol vurub.
Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 12-də "Rəvan"a qarşı keçirəcək.
Fanat.az