“İnter” heyətindən ayrılan 11 futbolçunun əvəzinə mövsümlərarası fasilədə 8 oyunçu ilə gücləndi. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”dan icarədən qayıdan Səlahət Ağayev və Vaqif Cavadov istisna olmaqla, digər 6 futbolçu legionerdir.
Artıq bütün futbolçuların yeni klubları ilə bağladığı müqavilələrin müddətlərinə aydınlıq gəlib. Belə ki, Vaqif Cavadov, Mikel Alvaro, Matiya Şpiçiç kimi ispaniyalı İvan Benites, braziliyalı Flavio Bek və gürcüstanlı Laşa Salukvadze ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, “İnter” yalnız Almaniyanın “Bohum” klubundan keçən Gürcüstan yığmasının sabiq hücumçusu Aleksandr İaşvilinin yaşının çoxluğunu nəzərə alaraq onunla 1 illik anlaşıb.
İdman24.az