Mərhum jurnalist Elnur Əşrəfoğlunun 50 illik yubileyi münasibətilə tədbirlər start götürüb.
Fanat.Az xəbər verir ki, ETOPAZ-ın baş sponsorluğu və AFFA-nın, 525-ci qəzetin və Demokratik Jurnalistlər Liqasının birgə təşkilatçılığı ilə bu gün "ASCO Arena"da xatirə matçı keçirilib.
Tanınmış jurnalistlər, futbolçular, hakimlər, veteranlar, sənət adamlarının iştirakçısı olduğu tədbirdə topa ilk toxunuşu Elnurun oğlu Mətin edib.
Görüşdə rəmzi fiti beynəlxalq dərəcəli hakim Tahir Süleymanov səsləndirib.