Çinli badmintonçu yarış zamanı ölüb.
Fanat.Az xəbər verir ki, hadisə İndoneziyada yeniyetmələr arasında təşkil olunan turnirdə qeydə alınıb.
Millinin 17 yaşlı üzvü Çjan Çjitsze yaponiyalı Kazuma Kavano ilə görüşdə qəflətən yıxılıb.
Həkimlər Çjana ilkin tibbi yardım göstərərək onu xəstəxanaya göndərsələr də, yeniyetmə badmintonçunun həyatını xilas etmək mümkün olmayıb.