Albaniya çempionu “Skenderbeu”dan ayrılmağa hazırlaşan xorvatiyalı hücumçu Pero Peyiç komandanın düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, o, Çinin “Pekin United” klubuna keçməyə hazırlaşırdı.
Amma tərəflər son anda razılaşma əldə edə bilməyiblər. Belədə, danışıqlar dayandırılıb və futbolçu yenidən “Skenderbeu”nun düşərgəsinə dönmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Peyiç son mövsümdə komandasının bombardiri olub. Hələlik onun “Skenderbeu”da qalacağı və ya başqa kluba keçəcəyi bilinmir.
Maraq üçün bildirək ki, “Skenderbeu” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi.
İdman24.az