Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin yenidən Quzanlıya qayıdıb, rəqiblərini Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcəyi gözlənilir.
Bu mövsümə qədər Quzanlıda çıxış edən “Qarabağ”ın ev oyunlarında azarkeşlərin çoxluğu diqqət çəkirdi. Ancaq anormal qərar verən Ağdam təmsilçisinin rəhbərliyi ölkənin ən böyük arenasını seçməklə demək olar azarkeşlərini itirib. Belə ki, bu komandanın “Tofiq Bəhramov”da keçirdiyi görüşlərini maksimum 300-500 azarkeş gəlir.
Cari mövsümün gümüş medalçısın;n Avropa Liqasında bu arenada oynayaraq, 22-ci milli çempionatda Ağdama “köçürülməsi” planlaşdırılır. Bu, eyni zamanda bölgələrdə futbola marağın olmağına hesablanıb.
“Kəpəz”lə “Turan”ın I diviziondan düşməyindən sonra Gəncə və Tovuz Premyer Liqasız qalıb. Hazırda güclülər dəstəsində Qəbələ, Zaqatala, Lənkəran təmsil olunur və bura Ağdam da əlavə olunacaq.
İdman24.az