Türkiyənin "Giresunspor" klubu iki futbolçumuzla müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, PTT 1-ci liqa təmsilçisi Kamal Bayramovla Ayaz Mehdiyevi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Giresun təmsilçisi müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, hər iki futbolçu son mövsümü "Rəvan"da keçirib. Qapıçı Bayramov 13 oyunda 1095 dəqiqə sonra geyinib. O, əvvəllər "Turan-T" və "Xəzər Lənkəran"da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Ayaz isə son mövsümdə 21 oyuna çıxıb və 1436 dəqiqə oynamaq şansı qazanıb. Mehdiyev "Rəvan"dan əvvəl "Sumqayıt"ın formasını geyinib.
Fanat.az