Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisinin növbəti rəqibi də I divizion klubu olub.
Belə ki, Aqil Məmmədov yetirmələrini "Rəvan"la matçda sınayıb. “Bayıl Arena” baş tutan oyun “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Vurğun Hüseynov və Məhəmməd Qurbanov imza atıblar.
Fanat.az